Cəmiyyət

Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir

24 Noyabr 2020 09:06
Baxış: 2 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdam Rayon İcra Hakimiyyəti işğaldan azad olunan ərazilərdən məcburi köçkün düşmüş ailələrin say tərkibini müəyyənləşdirməyə başlayıb.

Milli.Az bildirir ki, rayon icra hakimiyyətindən Trend-ə verilən məlumata görə, hazırda həmin məcburi köçkün ailələrinin hansı ərazilərdə məskunlaşdırılması barədə məlumatlar toplanır: "Həmin ailələlərin evlə təmin olunması, mənzillə təmin olunmayan şəxslərin hansı ərazilərdə yerləşdirildiyi barədə dəqiqləşdirilmələr aparılır. Bununla yanaşı, həmçinin sentyabrın 27-dən noyabrın 10-na qədər Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində dağılan və zərər çəkən evlər və digər obyektlərin siyahısı, hadisə nəticəsində rayona dəymiş ziyan müəyyən edilir".

İşğaldan azad olunmuş ərazilərdə görüləcək işlərə gəlincə isə qurumdan bildiriblər ki, hazırda həmin ərazilər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında minalardan təmizlənir. Əməliyyatlar tam başa çatandan sonra həmin ərazilərdə quruculuq işləri başlana bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.