“Azərenerji” işğaldan azad edilən rayonlarda işləmək üçün kadr yığır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Silahlı Qüvvələrin Ali Baş Komandanı rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam və bu kimi tamamilə dağıdılmış rayonlarda elektrik enerji sisteminin sıfırdan yaradılması, o cümlədən işğaldan azad olunan və olunacaq digər ərazilərdə enerjisistemin yenidən qurulması üçün "Azərenerji" ASC aşağıdakı vəzifələr üzrə kadr ehtiyyatının yaradılması məqsədi ilə müsabiqə elan edir.
Qurumdan Milli.Az-a verilən məlumata görə, adıçəkilən ərazilərdə işləmək üçün aşağıdakı vəzifələr üzrə kadrlar tələb olunur:
330/220/110 və 110/35/10 kV-luq yarımstansiyalar üzrə növbətçi mühəndislər, istismar üzrə mühəndislər, növbətçi elektrik montyorları
Su elektrik stansiyaları üzrə hidromexaniklər, hidrotexniklər, elektriklər
Mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssis
Elektrik maşın, aparat və cihazların sazlayıcısı
Elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssis
Rele mühafiəsi və avtomatika üzrə mühəndis
Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis
İzolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndis
Quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçı
Tələblər:
· Elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi və istilik energetikası üzrə ali texniki təhsil (bakalavr və ya magistr pilləsi), orta-ixtisas təhsili və ya peşə ixtisası (vəzifədən asılı olaraq)
· İddiaçının vəzifəyə görə 6 aydan 5 ilədək iş təcrübəsi (iş stajı)
· İstilik energetikası və elektroenergetika üzrə nəzəri və praktik (təcrübi) biliklər
· Avtomatika, nəzarət ölçü cihazları və elektron cihazlar üzrə biliklər
· Kompyuter biliyi: MS office
· Məhsuldar işləmək bacarığı, islahat və yeniliklərə meyillilik, komandada işləmək qabiliyyəti olması
Tələb olunan sənədlər:
· Fotoşəkilli şəxsi vərəqə (CV) forması
· Şəxsiyyət vəsiqəsinin surəti
· Təhsil haqqında sənədin surəti
Qeyd edək ki, müraciət edən namizədlərin bilik səviyyələri "Azərenerji" ASC üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra müsahibədən keçmiş namizədlər kadr ehtiyyatı bankına daxil ediləcək və işlə təmin olunacaqlar. Eyni zamanda namizədlər Komissiyanın rəyi əsasında təlim tədris kurslarına cəlb oluna bilərlər.
Sənədlər həftə içi 5 gün saat 09:00-dan 18:00-dək "Azərenerji" ASC-nin Kadrlar şöbəsinə təqdim olunur.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Ak.Əbdulkərim Əlizadə küçəsi,10 AZ1005. Müsabiqədə iştirak etmək istəyənlər əlaqə üçün (+99412) 490-09-43 telefon nömürəsinə zəng edə və ya [email protected] ünvanına CV-lərini göndərə bilərlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Mançester Yunayted" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər





