Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi” - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəhid ərinin tabutunu çiyinlərində daşıyaraq nəşini torpağa tapşırmağa aparan qadın...
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hər kəs onu belə tanıdı. Onun kim olduğunu bilmədən bütün Azərbaycan onu sevdi, dəstəklədi, qürur duydu.
Və bu müsahibədə məlum oldu ki, xanımının çiyinlərində daşıdığı o şəhid Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda ön cəbhədə döyüşən və azad Qubadlıya ilk Azərbaycan bayrağını taxan Röyal Cəfərovdur.
Hamımızın Müdafiə Nazirliyinin yayımladığı videoda gördüyü, erməni bayrağını binanın üstündən təpikləyib yerə atan və orada Azərbaycan bayrağını dalğalandıran igid - döyüşçü Röyal Cəfərov!
"Qafqazinfo"nun əməkdaşları şəhid Röyal Cəfərovun Gəncə şəhərinin Sevinc qəsəbəsində yaşayan ailəsi ilə görüşərək Qəhrəmanımızın xatirəsini əbədiləşdirmək üçün onlarla söhbətləşib.
R.Cəfərovun həyat yoldaşı Firuzə Cəfərova deyir ki, ərinin tabutu altına girərkən əlavə heç bir şey düşünməyib: "Bu mənim son borcum idi, Röyalın qarşısında son vəzifəmi yerinə yetirdim".
Atası Vaqif Cəfərov isə oğlu ilə danışarkən ona əsir düşməkdənsə, şəhid olmağı tapşırdığını deyir.
Röyalı xilas etməyə çalışan döyüş yoldaşı Süleyman Məmmədov həm də onunla birgə hərbi təhsil alıb.
S.Məmmədov döyüş zonasında ayağından yaralanan dostu Röyalın yarasını özünün "jqut"u ilə bağlayıb və sinəsində sürüyərək çıxarmaq istəyib. Bu zaman düşmən snayperi ilə Röyal növbəti dəfə vurulub, ona dəyən güllə çıxaraq dostu Süleymana tuş gəlib və o da yaralanıb. Süleyman onlara tərəf gələn 8 erməni əsgərini güllələyərək öldürüb, sonra isə dostunun meyitinin ermənilərin əlinə keçməməsi üçün yaralı vəziyyətdə özü ilə onu 700 metr daşıyıb.
Röyaldan ailəsinə və Vətəninə yadigar 4 yaşlı Yağmur və 4 aylıq Rüzgar qaldı. Oğluna bu adı özü versə də, onu cəmi bir ay görə bilib.
Son arzusu da bu olub: ailəsini bir də görüb, sonra şəhid olmaq...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
XƏBƏR LENTİ
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat





