Cəmiyyət

"Azərbaycanlılar zor gücü ilə çıxarılanda qapılarını bağlamırdılar ki, ermənilər gəlib sındırmasınlar" - VİDEO

20 Noyabr 2020 14:25
Baxış: 1 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"National Geografic" jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti (Reza Deghati) Türkiyənin "Haber Global" telekanalına müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, müsahibəsində Birinci Qarabağ savaşında və Vətən müharibəsində gördüklərindən, çəkdiklərindən söz açıb.

Diqqəti, eyni zamanda, erməni vəhşiliyindən söz açıb, Kəlbəcərdə evləri yandırmalarından bəhs edib. Onun sözlərinə görə, azərbaycanlılar öz-dədə baba yurdlarından zor gücü ilə çıxarılanda evlərinin qapılarını bağlamırdılar ki, ermənilər gəlib qapılarını sındırmasınlar.

Tanınmış fotojurnalist müsahibəsində Azərbaycanda şahidi olduğu, ən çox təsirləndiyi mənzərədən də söz açıb:

"Şuşa işğaldan azad olunan gün Şəhidlər Xiyabanında 3 qadın gördüm. Baxdım ki, atalarının məzar daşındakı şəkillə danışırlar. Dedi ki, "Ata, Şuşamız azad olundu, biz gedirik, sən də gəl". O mənzərə mənə çox təsir etdi".

Milli.Az

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.