Cəmiyyət

"Tarixi-coğrafi adlarımız rus və ingilis dillərində yeni qaydada yazılacaq"

17 Noyabr 2020 12:24
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan dilindəki tarixi-coğrafi adların rus və ingilis dillərində transkripsiya qaydaları hazırlanıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, bu qaydalar artıq təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunub. Qaydaların yaxın günlərdə təsdiqlənəcəyi gözlənilir. Daha sonra tarixi-coğrafi adların bu qaydalara uyğun yeni yazılış formaları qəbul olunacaq.

İ.Həbibbəyli qeyd edib ki, artıq bütün Azərbaycan ərazisində 4 mindən çox yer adının yazılış qaydası müəyyən olunub: "Bu məsələ AMEA-da müzakirə edilib. Onların arasında Qarabağa aid olan adlar da var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.