Cəmiyyət

Güclü yağış Xaçmazda fəsadlar törədib

17 Noyabr 2020 08:33
Baxış: 1 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmaz rayonu ərazisinə yağan güclü leysan yağışı nəticəsində bir sıra fəsadlar yaranıb. 

Milli.Az oxu.az-a istinadən bildirir ki,  rayon mərkəzi də daxil olmaqla yaşayış məntəqələrində fərdi yaşayış evlərinin həyət və zirzəmilərini su basıb. Elektrik təsərrüfatına ziyan dəyib.

Bu səbəbdən də rayonda elektrik enerjisinin verilişində`məhdudiyyət olub. 

Yağan yağışla əlaqədar olaraq, rayonun fövqəladə hallar komissiyasına 800-ə yaxın müraciət olunub. Komissiyanın sədri Bəxtiyar Osmanov bildirib ki, hazırda mütəxəssislərin iştirakı ilə evlərə baxış  keçirilir. İlkin olaraq leysan yağışlarının 300-ə yaxın evə zərər vurduğu məlum olub.

B. Osmanov əlavə edib ki, fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.