Cəmiyyət

Suraxanıda hasar aşdı, qaz xətti zədələndi - FOTO

16 Noyabr 2020 18:04
Baxış: 2 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 16-da intensiv yağan yağış Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində vətəndaşa məxsus hasarı aşırıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, hadisə nəticəsində ərazidən keçən 108 mm diametrində olan qaz xəttinin 80 metrlik hissəsi və 5 ədəd qaz sayğacı hasarın altında qalaraq zədələnib. Nəticədə S.Həmidov, Xanlar, H. Allahverdiyev küçələrindəki 120 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb. Qaz təchizatının bərpası məqsədilə "Azəriqaz" İstehsalat Birliyinin Qəza təmir-bərpa xidmətinin əməkdaşları artıq həmin ərazidə operativ işə başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.