Cəmiyyət

Bakıda sərnişin avtobusu piyadanı vurub

7 Noyabr 2020 08:48
Baxış: 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Mehbullayev Qalib Kamil oğlunu 113 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Yaralı baldır sümüklərinin sınığı və qapalı kəllə-beyin travması diaqnozu ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.