Cəmiyyət

Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri vəfat etdi - Həm də universitetdə şöbə müdirinin müavini idi

4 Noyabr 2020 16:20
Baxış: 1 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Texniki Universitetinin (AzTU) Doktorantura şöbəsinin müdir müavini Abik Çaruxçev dünyasını dəyişib.

AzTU-dan Milli.Az-a verilən məlumata görə, o uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib. Abik Çaruxçev 1953-cü ildə Bakıda anadan olub.

1975-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. 1977-ci ildə AzTU-nun Aspirantura şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bir sıra elmi məqalələrin müəllifi olan Abik Çaruxçev uzun müddət AzTU-da pedaqoji fəaliyyətlə məşğul olub. Doktorantura səviyyəsində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması istiqamətində səmərəli fəaliyyətinə görə müxtəlif illərdə universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Abik Çaruxçev Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.