Cəmiyyət

"Kəlbəcərdə uran yatağının üstünü basdırıb plombladılar. Mən yerini bilirəm" - VİDEO

22 Oktyabr 2020 12:07
Baxış: 8 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kəlbəcərdə zəngin uran yataqları var. Mən həmin geoloji kəşfiyyat işlərində baş mühəndis kimi çalışmışam.

Milli.Az bildirir ki, bunu Trend-ə 93 yaşlı Kəlbəcər ağsaqqalı Əliaslan Məmmədov deyib.

"Vaxtilə həmin uran yatağının üstünü basdırıb plombladılar. Mən bu saat da həmin yataqların yerini bilirəm. İnşallah, İlham Əliyev bizi Kəlbəcərə qaytaracaq və bizlər yenidən həmin təbii sərvətlərin sahibi olacağıq. İlham Əliyev Heydər Əliyevin nişanəsi, onun yurdunun sahibidir, inşallah, o arzularımızın hamısını çin edəcək", - Ə.Məmmədov bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.