Bu gündən karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiqinə başlanılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.
Sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
• 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır;
• 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.
Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.
Operativ Qərargah bir daha vətəndaşları COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırır.
"Onu da qeyd edək ki, Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq", - deyə bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah Culfada işıq olmayacaq
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
-
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
-
Milli QHT Forumu məktəblərdə geyim qaydaları ətrafında süni qarşıdurma yaradılması cəhdlərini pisləyib
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - (Video)
XƏBƏR LENTİ
-
Biləsuvarda zəncirvari qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
-
Cibuti sahillərində miqrantları daşıyan gəmi batdı - 109 ölü var
-
Bred Pittin yeni sevgilisi - (Foto)
-
Sabah Culfada işıq olmayacaq
-
Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı - (Video)
-
Zelenski seçkilərə getmək üçün şərtini açıqladı
-
“Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa
-
Qışda ilanların gizləndiyi yerlər müəyyən edildi
-
“Lvbel C5” Azərbaycanlı reper Əlizadə ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
-
Sumqayıtda avtomobil avtobusla toqquşdu - Yaralılar var
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
-
Əməkdar jurnalist vəfat etdi
-
Stiven Siqal dördüncü dəfə boşandı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
-
Vladimir Baranov vəfat etdi
-
Milli QHT Forumu məktəblərdə geyim qaydaları ətrafında süni qarşıdurma yaradılması cəhdlərini pisləyib
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - (Video)
-
Hörmüz boğazında tanker naməlum mərmi ilə vuruldu
-
Goranboyda həkim dərmandan zəhərləndi
-
Konqoda Ebola təhlükəsi böyüyür: 8728 yoluxma, 4205 ölüm





