Gəncə İH Ermənistanın hərbi təcavüzü ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan hərbi-siyasi rəhbərliyinin Gəncədəki mülki obyekt və şəxslərə qarşı törətdiyi terror aktını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti (İH) tərəfindən Avropa İdman Şəhərləri və Paytaxtları Federasiyasına, Avropa Gənclər Forumuna, müxtəlif illərdə Avropanın gənclər paytaxları olmuş 12 şəhərin merlərinə, habelə Koreyanın Qvanqju şəhərinin rəhbərliyinə məktub göndərilib.
İcra hakimiyyətindən Trend-ə daxil olan məktubda bildirilir ki, Gəncə şəhəri 4 oktyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı raket atəşinə tutulur. 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri daha bir terror törədiblər. Belə ki, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən "Skad-B" Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb. Ümumilikdə 4 oktyabr 2020-ci il tarixindən indiyədək 11 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 7 yaşayış binası tamamilə dağılıb, Grand-Qafqaz Ticarət Kompleksinə və 100-lərlə obyektə ciddi ziyan dəyib.
10 oktyabr 2020-ci tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada baş tutan görüşün nəticəsində olaraq edilən humanitar atəşkəs rejimi Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən kobudcasına pozulur. Erməni tərəfi humanitar atəşkəsin elə ilk dəqiqələrindən beynəlxalq humanitar hüququn öhdəliklərini pozaraq, məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəf alır, raket və artilleriya atəşinə tutur.
Məktubda qeyd edilir ki, Ermənistanın Gəncəyə teror aktı nəticəsində 3 uşaq hər iki valideynini itirib: " Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə, mədəniyyət obyektlərinə, habelə təhsil müəssisələrinə ciddi ziyan dəyib. Belə ki,1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, XIV əsrin "İmamzadə" Dini-Memarlıq Abidə Kompleksi, vaxtı ilə "Kişi gimnaziyası" kimi fəaliyyət göstərən, hazırda isə Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsində olan yerli əhəmiyyətli tarixi abidə və Nizami kinoteatrı zərər görüb. 5 məktəb və 6 Körpələr evi-uşaq bağçası, həmçinin Gəncə Musiqi Kollecinin binasına ciddi ziyan dəyib.
Məktubda o da qeyd ounub ki, bu tip müharibə cinayətləri və terror aktlarına beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiyanın olmaması, erməni tərəfinin cəzasız qalması, Ermənistan Silahlı Qüvvələrini bu çirkin və qanunsuz əməlləri davam etdirməyə təşviq edəcəkdir.
Bu hərəkət Ermənistanın humanitar atəşkəsə riayət etmədiyinin, hərbi təcavüz və Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək niyyətinin bariz təzahürüdür.
Biz Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar qanunlar üzərindəki öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyri-şərtsiz çəkilməsinə dair tələbləri yerinə yetirməyə çağırırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
XƏBƏR LENTİ
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi





