Mətbuat Şurası beynəlxalq media qurumlarına müraciət etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Mətbuat Şurasının AZTV-nin əməkdaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı beynəlxalq media qurumlarına müraciət edib.
Şuradan Milli.Az-a verilən məlumata görə, müraciətidə deyilir:
"Ermənistan silahlı qüvvələri Tərtər rayonunda Azərbaycan jurnalistlərini atəşə tutublar. Rayonun Düyərli kəndində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobilin hucuma məruz qalması nəticəsində sürücü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.
AZTV-nin atəşə məruz qalmış avtomobilinin üzərində onun sözügedən telekanala məxsusluğunu təsdiqləyən fərqləndirici nişanlar yer alıb. Maşındakı jurnalistlər də üzərində "PRESS" yazılmış gödəkçələrdə olublar. Kənardan baxanda görmək mümkün idi ki, avtomobil hərbi məqsədlər üçün deyil və bu, onu deməyə tam əsas verir ki, Ermənistan silahlı qüvvələri jurnalistləri bilərəkdən atəşə tutublar. Məqsəd media təmsilçilərinin həyatlarına qəsd etməkdir.
Azərbaycan Mətbuat Şurası AZTV-nin xidməti avtomobilinin atəşə tutulması faktını qətiyyətlə pisləyir və bunu Ermənistanın azad sözə qarşı məqsədli hücumu kimi qiymətləndirir. Baş vermiş hadisə onu göstərir ki, işğalçı ölkə heç bir dəyərləri gözləmir, obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını əngəlləmək yolu tutur. Jurnalistilərin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş belə cinayət əməlinə dünyanın media ictimaiyyətinin obyektiv və sərt münasibət göstərməsi son dərəcə vacibdir.
Mətbuat Şurası bildirir ki, Dağlıq Qarabağ münaqişəsi müstəvisində hərbi əməliyyatların intensivləşdiyi hazırkı şəraitdə Ermənistan hərbi dairələri illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarına xaricdən media təmsilçilərini dəvət edir, heç bir təminat vermədən onların həyat və sağlamlıqları üçün böyük təhdid yaradırlar. Bu, beynəlxalq hüququn norma və prinsiplərini, suveren dövlət kimi Azərbaycanın haqlarına söykənmiş prosedur tələblərə məhəl qoymamaqdır. Bu, eyni zamanda jurnalist həyatları üzərindən söz və ifadə azadlığı ilə açıq manipulyasiyadır. Məlumat üçün bildiririk ki, xarici ölkələrdən kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan ərazisində peşə fəaliyyətlərini yerinə yetirmələri onların Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditasiyası ilə tənzimlənir.
İstərdik ki, dünyanın media ictimaiyyətinin nümayəndələri olaraq sizlər gündəmə gətirdiyimiz məsələlərə həssas yanaşa, Ermənistan hakimiyyətinə qarşı mövcud istiqamətdə çağırışlar edəsiniz.
Təəssüflə onu da bildiririk ki, Ermənistan hakimiyyətinin tutduğu işğalçılıq mövqeyi, bu mövqenin müxtəlif mənfi təzahür formaları nəticəsində onsuz da gərgin olan münaqişə bölgəsində və ona yaxın ərazilərdə jurnalist fəaliyyətinə qarşı bilərəkdən həyata keçirilən məhdudiyyətlərin, təhdidlərin təkrarlanmayacağına, daha acınacaqlı hadisələrin yaşanmayacağına heç bir zəmanət yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
XƏBƏR LENTİ
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik





