Düşmənin artilleriya atəşinə tutduğu Goranboyun Şahməmmədli kəndindən REPORTAJ - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyərək qaçan Ermənistan hərbçiləri dinc sakinləri, yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə evlərə, mülki obyektlərə, dinc əhalinin əmlakına, infrastruktura külli miqdarda ziyan vurulur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 8-də səhər saatlarında düşmən yenidən Goranboy rayonunu artilleriya atəşinə tutub. Nəticədə rayonun bir neçə kəndində evlərə və mülki obyektlərə ziyan dəyib.
Çəkiliş qrupumuz rayonun Şahməmmədli kəndində ziyan dəymiş evlərdə olub, dağıntıları lentə alıb, sakinlərlə, zərərçəkmişlərlə söhbət edib.
Kənd sakini Afiyəddin Quliyev bildirib ki, hadisə səhər saatlarında olub: "Partlayış səsi eşidildi. Çölə çıxanda gördük ki, ermənilərin atdığı mərmi əmimgilin evinin həyətinə düşüb. Gəlib gördük ki, əmimin yoldaşı Türyan Quliyeva aldığı qəlpə yarasından həlak olub, qəlpələr isə evə ciddi ziyan vurub".
O qeyd edib ki, Ermənistan silahlı qüvvələri kəndi atəşə tutsa da, sakinləri hədəfə alsa da, qorxmurlar. "Hamı öz işindədir, heç yana getməyib. Biz ordumuza güvənirik. Ordumuz düşmənin payını verir, bizim təhlükəsizliyimizi təmin edir", - Afiyəddin Quliyev vurğulayıb.
Raket zərbəsi qonşuluqdakı bir neçə evə də ziyan vurub. Oğlunun evinə ciddi ziyan dəydiyini deyən rayon sakini Alim Allahverdiyevin sözlərinə görə, düşmənin atdığı raketin qəlpələri evdə gəlininin və üç azyaşlı uşağının yatdığı otağa ziyan vurub: "Xoşbəxtlikdən hadisə vaxtı nəvələrimə heç nə olmayıb. Biz düşməndən qorxmuruq. 1991-1992-ci illərdən bilirik ki, onlar dinc sakinləri hədəf alırlar. Əhalidə qorxu yaratmaq istəyirlər. Ancaq heç bir narahatçılıq yoxdur. Azərbaycan Ordusu güclüdür və düşmənə sarsıdıcı zərbələr vurur. Biz ordumuza güvənirik. Hamımız ordumuzun arxasındayıq. Ermənilər qorxaqdırlar. Qələbə bizimlədir".
Kənd sakini Xəqani Quliyev isə deyir ki, düşmən kəndlərini atəşə tutsa da heç yana gedəsi deyillər: "Heç nədən qorxmuruq. Qorxsaydıq, bu qədər camaat burada olmazdı. Ordumuza, Prezidentimizə güvənirik. İnşallah, ordumuz tezliklə qələbə qazanacaq".
Düşmənin artilleriya atəşi nəticəsindən evi zərər görənlərdən biri də Qarabağ veteranı, şəhid ailəsi Etibar Eyvazovdur. O bildirib ki, bu gün səhər saatlarından başlayaraq ermənilər rayonu atəşə tutmağa başlayıblar. "Raketlərdən biri də bizim həyətə düşdü və evə ziyan vurdu. Hadisə vaxtı evdə idik. Azyaşlı uşaqlar da yatmışdılar. Xoşbəxtlikdən xəsarət alan yoxdur. Özüm Qarabağ veteranıyam, şəhid ailəsiyəm. Bilirəm ki, ermənilər çətinliyə düşən kimi başlayırlar dinc sakinləri hədəfə almağa. Bunların məqsədi sakinləri hədəfə almaqla qorxutmaqdır. Amma bizi qorxuda bilməzlər. Hamı öz evində, yurdunda, yuvasındadır", - Etibar Eyvazov əlavə edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
XƏBƏR LENTİ
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"





