Cəmiyyət

Peşə məktəblərinə işə qəbul üçün müraciətlərin sayı 600-ü ötüb

30 Sentyabr 2020 18:18
Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsi davam edir. Ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan müsabiqəyə müraciət edənlərin sayı 600 nəfəri ötüb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, müraciətçilər arasında ümumtəhsil fənn müəllimi vakansiyalarına maraq daha böyükdür.

Sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı https://portal.edu.az/ elektron
müraciət portalı vasitəsi ilə həyata keçirilir. Portal vakant olaraq müsabiqəyə çıxarılmış yerlərə elektron qaydada müraciət etmək, müraciət üçün sənədləri yükləmək, həmçinin müsabiqə mərhələsinə dəvət ilə bağlı məlumatlandırma üçün nəzərdə tutulub. Müsabiqədə seçim zamanı müvafiq vakansiyalar üzrə
namizədin MİQ və diaqnostik balı nəzərə alınacaqdır. Namizədə müsahibədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar yönəldiləcəkdir.

Müsahibəni uğurla başa vurmuş namizədlər müraciət etdiyi vakansiya üzrə işlə təmin ediləcək.

Peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron müraciətlər 1 oktyabr tarixinədək davam edəcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.