Cəmiyyət

Kontakt Home hərbi çağırışa gedən müştərlərin ödənişlərini dayandırdı

30 Sentyabr 2020 11:00
Baxış: 1 271

Ölkənin ən böyük riteyl şəbəkələrindən olan Kontakt Home torpaqlarımızın azad olunması uğrunda gedən hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırıb. Bu güzəşt hərbi mükəlləfiyyəti olan hər kəsə, hərbçilərə, tibb personalına və s. aid edilir.

Ən böyük borc Vətən borcudur. İndi hər bir vətəndaşın əsas öhdəliyi Vətən qarşısında olan borcun qaytarılmasıdır. Kontakt Home hər zaman olduğu kimi, indi də sosial məsuliyyətini anlayır və belə çətin anlarda ölkənin və vətəndaşının yanındadır.

Kontakt Home Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şirkət Cəbhə bölgəsində yarana biləcək qan ehtiyacını nəzərə alaraq, ölkədə olan qan rezervlərinin artırılması məqsədilə əməkdaşlarını Mərkəzi Qan Bankında könüllü qan vermə aksiyasına cəlb edir.

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.