Cəmiyyət

Azərbaycan şagirdləri Beynəlxalq Riyaziyyat Olimpiadasında təltif edildilər

29 Sentyabr 2020 17:42
Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19-28 sentyabr tarixlərində Sankt-Peterburqda keçirilən 61-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında azərbaycanlı şagirdlər medala və həvəsləndirici sertifikata layiq görülüblər.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 105 ölkə və 616 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz virtual formada Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzindən qoşulublar.

Azərbaycanı olimpiadada 6 şagirdimiz təmsil edib. Onlardan Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Ağazadə bürünc medala layiq görülüb. Həmin liseyin IX və XI sinif şagirdləri Toğrul Abbasov və Abbas Məmmədov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Elçin Musazadə, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin X sinif şagirdi Yusif Qasımov və Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Vüqar Quliyev isə həvəsləndirici sertifikata layiq görülüblər.

Qeyd edək ki, şagirdlərimiz 1993-cü ildən etibarən bu müsabiqədə iştirak edir. Builki nailiyyətlərlə birgə bu günədək sözügedən olimpiadadan ümumilikdə 8 gümüş, 37 bürünc medal əldə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.