Şagirdlər arasında yoluxma artır, məktəblər yenidən bağlana bilər - TƏK ÇIXIŞ YOLU ...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pandemiya şəraitində yeni tədris ili sentyabrın 15-dən yenidən fəaliyyətə başladı. Distant təhsil bu tədris ilində əsas götürülsə də, məhdudiyyətlər çərçivəsində ənənəvi təhsil də işini davam etdirir. Amma deyəsən, hər kəsin qorxduğu baş verməyə başlayıb. Təxminən 10 gündür fəaliyyətini bərpa edən təhsil ocaqlarında artıq hər gün müəllimlərin, şagirdlərin və digər təhsil işçilərinin koronavirusa yoluxduğu barədə xəbərlərlə qarşılaşırıq. Hadisələrin bu cür cərəyan etməsi ənənəvi təhsilin yenidən tamamilə distant təhsillə əvəz edilməsi məsələsini gündəmə gətirir.

Bəs bu barədə mütəxəssislər nə düşünürlər?
Mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndi Milli.Az-la fikirlərini bölüşüb:
"Mövcud vəziyyəti nəzərə alsaq, hər gün artıq Təhsil Nazirliyi tərəfindən istər müəllim olsun, istər şagird, istərsə də texniki işçilər arasında olan yoluxma halları ilə bağlı statistik məlumatlar paylaşılır. Hər gün bu informasiya verilir və biz orada müşahidə edirik ki, artıq bəzi siniflər, bəzən olur bəzi məktəblərdə, ümumiyyətlə, tədris dayandırılır, artıq onun şahidiyik. Bu proses belə davam etdikcə qarşıdakı günlərdə Baş nazirin verdiyi qərara əsasən, noyabr ayının 2-nə qədər bu proses qüvvəsindədir, əgər həmin vaxta qədər bu şəkildə yoluxma halları artarsa, o zaman yenidən noyabr ayının 2-dən sonra ölkədə bütün təhsil ocaqları üzrə - istər məktəbəqədər, istər bağçalar, istərsə də ibtidai sinif və orta ümumtəhsil müəssisələri, istərsə də ali təhsil müəssisələrində, hər bir təhsil pilləsi üzrə distant təhsil yenidən davam edəcək.

Əgər biz istəyiriksə, dərslər ənənəvi qaydada olsun, ümumiyyətlə. məktəbə yaxınlaşan hər bir şagirdin temperaturu yoxlanılmalıdır, ondan sonra onların məktəbə buraxılıb buraxılmamağı müəyyənləşməlidir. Eyni zamanda məktəbdaxli izolyasiya qaydalarına mütləq riayət olunmalıdır, əgər biz ənənəvi təhsil istəyiriksə. Həmçinin valideynlər bu işə məsuliyyətlə yanaşmalıdırlar. Onlar əgər övladlarında sağlamlıqları ilə bağlı hər hansı narahatçılıq hiss edirlərsə, övladlarını məktəbə buraxmamalıdırlar. Yaxşı olar ki, onlayn təhsilə üstünlük versinlər. Təbii ki, əgər bunlara riayət olunmasa, dediyim kimi, biz artıq noyabr ayının 2-dən etibarən yenidən distant formalı təhsilə qayıdacağıq".

Xatırladaq ki, Təhsil Nazirliyi dünən məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirlikdən Milli.Az-a bildirilib ki, sentyabrın 25-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb. Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"





