Cəmiyyət

"Cimerlik.az" portalı fəaliyyətini dayandırıb

23 Sentyabr 2020 19:49
Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pandemiya dövründə yaradılan www.cimerlik.az saytı fəaliyyətini dayandırıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər. Qeyd olunub ki, portalın işləməmi çimərlik mövsümünün bitməsi ilə əlaqədardır:

"Pandemiya dövründə çimərliklərdə istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla, çimərliyin tutumunu müəyyən etməyə xidmət edən www.cimerlik.az xüsusi internet səhifəsi yaradılıb.

Pandemiya dövründə çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb. Səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə biliblər. Eyni zamanda, yerlərdə vəziyyətin müəyyən edilməsi üçün xüsusi mobil tətbiq hazırlanıb ki, bu tətbiq vasitəsilə çimərlik ərazisinə daxil olan və çıxan şəxslərin sayı sistemə ötürülməsi təmin olunub. Artıq çimərlik mövsümünün bitməsi ilə əlaqədar olaraq portal fəaliyyətini dayandırıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.