Tarixçi: "Biz Arsak toponimini daha çox təbliğ etməliyik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Biz Arsak toponimini işlətməkdən qətiyyən qorxmamalıyıq, əksinə bu adı daha çox təbliğ etməliyik.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə "Arsak toponiminin elmi mənşəyi" mövzusunda keçirilən vebinarda deyib.
Onun sözlərinə görə, 7-ci sinif "Azərbaycan tarixi" dərsliyində Qarabağda qədim türk tayfası olan sakların toplu halda yaşadığı ərazinin Arsak kimi verilib və bu həmin dövrə aid xəritədə də göstərilib:
"Bunlar hamısı böyük Azərbaycanın coğrafi adları olub. Son dövrlərdə bu barədə məlumatı olmayan insanların bu məsələni qabartması onların məlumatsızlığından irəli gəlir. Bu məsələlərlə bağlı hər hansı məlumat hazırlanarkən mütəxəssislərə müraciət etmək lazımdır. Biz öz tariximizi təbliğ etməliyik, öz tariximizi savadı olmayan şəxslərin fəallaşması ilə öyrənməli deyilik. Biz erməni dəyirmanına su tökənlərin fikirləri ilə razılaşmalı deyilik".
R.Əlizadə əlavə edib ki, xristian abidələrinin əksəriyyəti Qarabağ zonasında tikilib: "Burada xristian türkləri yaşayıblar, özlərini də alban xristianları kimi qələmə veriblər və Ərsakdan olduqlarını abidələrində də bildiriblər".
Tarixçi "Ərsak"ın türk mənşəli söz olduğunu deyərək əlavə edib ki, eramızdan əvvəl 7-ci əsrdən sonra Kür və Araz çayları arasında Sak çarlığı var idi ki, bu da bizim indiki Qarabağın ərazisində olub. "Ar" sözünün mənası da "ər, igid" deməkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)





