Təcrübəli və peşəkar ovçu "Qırmızı kitab"a düşən quşlara güllə atmaz - reportaj - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 1-dən ölkə ərazisində ov mövsümü açıq elan edilib. Ötən müddətdə hazırlıqlarını görən təcrübəli ovçular ov ediləcək yerləri seçib, silahları sazlayıb, qayıqları hazır vəziyyətə gətiriblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ov ediləcək məkanlardan biri də Sarısu gölüdür. Burada ov edə bilmək üçün əlverişli şərait mövcuddur.
Sarısu gölünə ova gələn İmişlidən olan təcrübəli ovçu Zaur İsmayılovla söhbət edirik. O, ova gəlməmişdən qabaq hazırlıq prosesinin önəmindən danışaraq deyib: "Ova getmədən öncə silaha baxış keçirilməlidir. Silah tam hazır olduqda hansı quşu hansı patronla vuracağını bilməlisən. Yəni, hansı quşu ovlayacaqsansa, ona uyğun patron seçməlidir. Vacib şərtlərdən biri də, hansı quşlara güllə atmaq barədə ovçunun məlumatlı olmasıdır. Onu da deyim ki, quşa 15-20 metr məsafədən güllə atılması məsləhət deyil. Çünki güllə 25 metrdən sonra yayılır və həmin vurulan ov parçalanmır".
Ov edərkən zaman seçimi də düzgün olmaldır. Bu baxımdan ən əlverişli vaxt dan yeri sökülməmiş və ya gün batan çağıdır. Həmçinin hava şəraiti də nəzərə alınmalıdır. Küləkli havada məsafə elə seçilməldir ki, atışa mane olmasın. Ov zamanı görmə məsafəsinin məhdud olduğu vaxt daha diqqətli olmaq lazımdır. Əks halda ovçunün özü elə ov ola bilər.
"Biz ova adətən səhərlər gəlirik, çünki bu vaxt quş ovçuların gəldiyini bilmir. Səhər açılana kimi yerimizi müəyyənləşdiririk, yalançı ördəkləri düzürük. "Qırmızı kitab"a düşmüş quşlardan olan anqut, qu quşu, qızıl quşu ovlamaq olmaz. Qaşqaldaq, yaşılbaş, gəray, almabaş - bunların ovlanmasına icazə var. İlk dəfə ova gələnlərə məsləhətim odur ki, təcrübəli ovçularla şikara çıxsınlar. Çünki təcrübəli və peşəkar ovçu "Qırmızı kitab"a düşən quşlara güllə atmaz", - deyə Zaur İsmayılov bildirib.
Həmsöhbətimiz ov üçün əsas şərtlərdən birinin də təhlükəsizlik qaydalarına riayət etmək olduğunu vurğulayıb.
Qeyd edək ki, ölkə ərazisində ov fəaliyyəti ilə yalnız xüsusi icazəsi olan şəxslər məşğul ola bilər. Ovçular bunun üçün "ASAN xidmət" mərkəzlərinə, yaxud Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regionlarda fəaliyyət göstərən müvafiq şöbələrinə müraciət etməlidirlər. Ov mövsümü növbəti ilin fevral ayının sonuna qədər davam edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Məktəblilər idman meydanlarında güclərini sınadılar - MRİO-da ilk gün - (Foto)
-
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib - (Foto)
-
Bakıda 7 günlük hava proqnozu - Ayın 26-dan yağışlar başlayır
-
Otlaqlar kiçilir, arpa tapılmır: Ət bahalaşacaq?
-
NİİM-dən piyada vurulması qəzaları ilə bağlı sürücü və piyadalara müraciət - (Video)
-
Tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb - (Foto)
XƏBƏR LENTİ
-
Səhiyyə Nazirliyi yoxladı: Bəzi çimərliklərdə dəniz suyunun tərkibi normaya uyğun deyil - (Foto)
-
Son bir həftədə 113 mina və 514 partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib
-
Gündüz Babayev vəfat etdi
-
Bu həftə 3 gün iş olmayacaq
-
Məktəblilər idman meydanlarında güclərini sınadılar - MRİO-da ilk gün - (Foto)
-
Elvin Cəfərquliyev yenidən "Qarabağ"ın əsas heyətində
-
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib - (Foto)
-
Bakıda 7 günlük hava proqnozu - Ayın 26-dan yağışlar başlayır
-
Otlaqlar kiçilir, arpa tapılmır: Ət bahalaşacaq?
-
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)
-
Qara dənizdə Türkiyə gəmisini Rusiya vurubmuş... - (Foto)
-
Zelenski Polşanın ali dövlət mükafatı olan "Ağ qartal" ordenini poçtla niyə geri qaytardı?
-
NİİM-dən piyada vurulması qəzaları ilə bağlı sürücü və piyadalara müraciət - (Video)
-
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
-
Tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb - (Foto)
-
DİN son iki gündə 90 cinayətin üstünü açdı - 71 nəfər saxlanılıb
-
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Sumqayıtda 18 yaşlı qız 20 yaşlı tanışını bıçaqlayıb
-
"Bu ağrı ömrümün sonuna qədər mənimlə qalacaq" - Bəhram Bağırzadə
-
Ağcabədi Pedaqoji Kollecinə yeni direktor və müavin təyin edilib
-
Yankoviç “Qarabağ”ı tərk edib Türkiyə klubuna keçir?
-
Neft qiymətlərində azalma: Danışıqların yekunlaşması bazara təsir etdi
-
Qara dənizdə Türkiyə gəmisi vuruldu: Ölənlər var - (Foto)
-
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi





