Əhəd Abıyev milyonluq mülklərinin olması iddialarına cavab verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daşkəsən Rayon İcra Hakimiyyəti "Kanal13"də yayımlanan "Bumeranq" verilişində 17.09.2020-ci il tarixində efirə verilən "Masallının "kral"ı Əhəd Abıyevin topdağıtmaz nəhəng sərvəti: Hotellər, restoranlar, lüks villalar..." başlıqlı materialla bağlı təkzib yayıb.
Milli.Az musavat.com-a istinadən məlumatda vurğulanır: "Daşkəsən Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, qərəzli, uydurulmuş, heç bir həqiqətə uyğun olmayan, tam yalan məlumatlardan ibarət videoya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə tərəfimizdən müraciət edilib".
Məlumatda bildirilir ki, adıçəkilən restoranların, otellərin, ticarət mərkəzlərinin, torpaq sahələrinin Əhəd Abıyevə heç bir aidiyyəti və onunla qətiyyən əlaqəsi yoxdur:
"Bu faktlardan biri təsdiqini taparsa, adıçəkilən əmlaklar notarial qaydada həmin şəxsə hədiyyə ediləcək. Hər il bayram tədbirlərində, ənənəvi olaraq, əsgərlərimiz tərəfindən xüsusi formada hazırlanmış Ermənistan bayrağı sındırılır. Bu kimi tədbirlərin birində isə əsgərlərimiz tərəfindən hazırlanan sözügedən bayrağı Əhəd Abıyev sındırdı. Həmin bayrağı Kolumbiya bayrağına bənzədənlər isə, deməli, ermənilərin dostudur.
Bilərəkdən, məkrli niyyətlə aparıcı Arzu Sayadoğlunun təqdimatında hazırlanmış şər-böhtan xarakterli məlumatları özündə ehtiva edən qərəzli video ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələməyə çalışırlar. Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu videodakı məlumatların heç bir əsası yoxdur, tamamilə yalandır, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir".
Əhəd Abıyevin təhsili məsələsinə gəlincə isə bildirilir ki, Abıyev köhnə Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universitetini) bitirib:
""Təfəkkür" Universitetinin diplomu ilə bağlı bildiririk ki, həmin diplom heç bir yerdə istifadə olunmayıb. Əgər surəti və ya istifadə olunduğu yer varsa, buyurub təqdim edə bilərlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
XƏBƏR LENTİ
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var





