Ombudsman vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası tərəfindən keçirilən onlayn tədbirdə iştirak edib.
Ombudsman Aparatından Milli.Az-a verilən məlumata görə, Avropa Şurasının rəsmiləri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbirin əsas məqsədi ayrı-seçkiliklə mübarizə sahəsində Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələrin keçirilməsi olub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyeva vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsinin, ictimai nəzarətin səmərəli şəkildə həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasının vacibliyini vurğulayıb.
Ombudsman təsisatının əhali ilə dövlət qurumları arasında körpü rolunu oynadığını qeyd edən Ombudsman bu funksiyanın səmərəli şəkildə həyata keçirilməsində vətəndaş cəmiyyəti ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, dünya təcrübəsində vətəndaş cəmiyyəti institutlarının Milli İnsan Hüquqları İnstitutlarının yaxın tərəfdaşı hesab olunduğunu və bu tərəfdaşlığın beynəlxalq və regional qurumlar tərəfindən dəstəkləndiyini iştirakçıların diqqətinə çatdırıb.
Müvəkkil Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyini, Ombudsmanın bərabərlik hüququnun təmini, o cümlədən, ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində fəaliyyət göstərdiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan Ombudsman təsisatı ölkəmizdə fəaliyyət göstərən Milli İnsan Hüquqları İnstitutu qismində BMT-nin müqavilə qurumları ilə, o cümlədən BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi Komitəsi ilə əməkdaşlıq edir. Bildirilib ki, bu il Müvəkkilin BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyasının ölkəmizdə icrası ilə bağlı növbəti əlavə hesabatı sözügedən Komitəyə təqdim olunub.
Cəmiyyətdə hüquq bərabərliyinin və bərabər imkanların təmin olunması məqsədi ilə ayrı-seçkiliklə mübarizədə dövlət qurumları, müstəqil insan hüquqları institutları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayan S. Əliyeva ölkə Ombudsmanı olaraq hər zaman bu istiqamətdəki fəaliyyətləri dəstəkləməyə hazır olduğunu bildirib.
Daha sonra Ombudsman tədbirdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələrinin suallarını cavablandırıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Məişət zorakılığının qurbanları ilə bağlı yeni məlumat
-
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın
-
Azərbaycan ABŞ-nin regionda daha fəal iştirakını gözləyir - Prezidentin köməkçisi
XƏBƏR LENTİ
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Qaxda 7 kiloqramdan artıq narkotik aşkarlandı: İki nəfər saxlanıldı
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
-
Prezident İlham Əliyev: Müasir ideoloji işlər aparılmalıdır
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Prezident İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
-
Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
-
Məkkədə bomba həyəcanı - (Video)
-
Məişət zorakılığının qurbanları ilə bağlı yeni məlumat
-
Prezident İlham Əliyev: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir





