Cəmiyyət

“Xocəsən” elektrik deposunun tikintisi davam etdirilir

14 Sentyabr 2020 14:40
Baxış: 527

Bakı metropoliteninin "Xocəsən" elektrik deposunun tikintisi davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, deponun inşası ilə bağlı işlər qrafikə uyğun gedir: "İşlər bir neçə mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə depo 3 stansiyada xidmət göstərəcək qatarlara lazımı infrastruktur, təmir, qulluq baxımından önəmli rol oynayacaq. İkinci mərhələdə "Avtovağzal" - "Xocahəsən" istiqamətində tunellərin inşasının başa çatması planlaşdırılır. Hazırda tunellərdən birində yol inftastrukturunun qurulması başa çatdırılıb. Digər tuneldə də bu istiqamətdə işlər davam etməkdədir"

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.