Cəmiyyət

“Sıxlıq olan avtobuslara minməyin” çağırışından sonrakı vəziyyət - VİDEO

11 Sentyabr 2020 14:58
Baxış: 1 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün DİN Baş DYP İdarəsi şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib. Müraciətdə hərəkət iştirakçılarını, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinləri mütləq qaydada tibbi maskalardan istifadə etməyə, sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinməyə çağırılırdı.

Sözügedən açıqlama sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. 

Milli.Az bildirir ki, qafqazinfo saytının əməkdaşları ötən gün axşam saatlarında paytaxtda hərəkətin ən sıx olduğu "28 May" metro stansiyasının ətrafında müşahidə aparıblar. Məlum olub ki, axşam saatlarında əksər marşrut avtobusları dolu olur, yollardakı tıxac səbəbindən gec gəlir və bu da sərnişinlərin dayanacaqlarda sıxlığına səbəb olur.  

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.