Cəmiyyət

Bakıda yeni "Mall" tikilir - FOTO

10 Sentyabr 2020 10:06
Baxış: 6 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda daha bir iri ticarət mərkəzi inşa edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni mərkəz paytaxtın Yasamal rayonu ərazisində tikilir.

"Zefir Mall" adlandırılacaq iri obyektin ərazisi 11,6 hektardır. Obyekt alış-veriş və əyləncə mərkəzi kimi fəaliyyət göstərəcək. Bakı dairəvi avtomobil yolunun yaxınlığında, Yasamal yaşayış kompleksinin ərazisində yerləşən ticarət mərkəzinin binası 6500 kvadrat metr sahəyə malik olacaq, öz minimalist və modern xarici dizaynı ilə digərlərindən seçiləcək.

Ticarət mərkəzində kafe və restoranlar da fəaliyyət göstərəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.