Cəmiyyət

Musa Quliyev: "Ünvanlı sosial yardım alanların sayı 10 min nəfər artıb"

9 Sentyabr 2020 14:29
Baxış: 912
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyası ilə uğurlu mübarizə aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev bildirib.

Bu məqsədlə bu il dövlət büdcəsindən əhaliyə 600 milyon manat ayrıldığını, bu dəstəyin 4,8 milyon insanı əhatə etdiyini söyləyən komitə sədri deyib ki, 600 min nəfərə birdəfəlik ödəmə verilib, açılan 90 min ictimai iş yerindən 75 minində insanlar çalışır: "Bu il ünvanlı sosial yardım alanların sayı da 10 min nəfər artıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.