Cəmiyyət

Mehmanxanalar qarşısında COVİD-19-la bağlı iki tələbin ləğvi qüvvəyə minib

8 Sentyabr 2020 08:13
Baxış: 1 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən mehmanxanalar qarşısında COVID-19-la bağlı qoyulmuş iki tələb ləğv edilib.

Milli.Az bildirir ki, bu, Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları"nda dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Qaydalara əsasən, mehmanxananın bütün işçi heyəti yeddi gündə bir dəfə mehmanxana daxilində və mehmanxana hesabına COVID-19 testindən keçirilməli idi. Eyni zamanda  COVID-19 olan, habelə son 48 saat ərzində COVID-19 testinin nəticəsinin neqativ olması barədə müvafiq arayışı olmayan, xəstəlikdən sağalmış (sonuncu COVID-19 testinin nəticəsinin neqativ çıxdığı tarixdən minimum 14 gün keçməlidir), lakin son testin nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçməyən, habelə testin nəticəsi pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən özünütəcrid rejimində olan qonaqlar mehmanxanaya qəbul edilmirdilər.

Ad - 00:13
ƏTRAFLI
Project GLO
Hər iki tələb ləğv edilib.

Qərar 8 sentyabr 2020-ci ildən qüvvəyə minib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.