Cəmiyyət

Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb - FOTO

7 Sentyabr 2020 19:14
Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə məişət tullantıları ilə zibilləndirilmiş Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb. Abidənin içərisi və ətrafı zibildən təmizlənir.

Xidmətdən Milli.Az-a bildirilib ki, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülən tarixi tikili dəfələrlə zibildən təmizlənsə də eyni hallar yenidən təkrarlanıb. Sakinlər abidəni zibilləndirmələrini yaxınlıqda zibil qutularının olmaması ilə izah edirlər.

Həmin əraziyə yaxın yerdə zibil qutuları da qoyulacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.