Cəmiyyət

Yunus Oğuzun "Çingiz xan" romanı çapdan çıxdı

3 Sentyabr 2020 15:22
Baxış: 1 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuzun yeni tarixi romanı çap edilib.

Milli.Az "OLAYLAR"-a istinadən xəbər verir ki, yazıçının bu dəfəki romanı Böyük Monqol İmperiyasının banisi Çingiz xana həsr olunub. Romanda Çingiz xanın həyatı, keçdiyi döyüş yolu, yaratdığı imperiyanın dünyaya necə səs-soraq salması, eləcə də Çingiz xana qarşı müttəfiqlik edən qüvvələr barədə oxucular ətraflı məlumat əldə bilərlər.

"Xan" mətbəəsində  işıq üzü görən  "Çingiz xan" adlı kitaba   ön sözü filologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov yazıb.

Qeyd edək ki, bundan əvvəl Yunus Oğuz Əmir Teymur, Nadir şah, Təhmasib şah və digər tarixi qəhrəmanlar, sərkərdələr barədə tarixi romanlar yazıb. Yazıçının əsərləri dünyanın bir sıra ölkələrində nəşr olunub. Ümumilikdə Yunus Oğuzun 23 ölkədə 47 kitabı dərc edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.