Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobilin sürücüsü Rəhman Əliyev idarəetməni itirərək Rəşad Əliverdiyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsinə çırpıb.
"Niva"nın sürücüsü APA ya bildirib ki, "Hyundai" işıqforun qırmızı işığından keçib.
Milli.Az