Cəmiyyət

Bakının bu kəndində məscidlər restavrasiya olunacaq - RƏSMİ

2 Sentyabr 2020 16:56
Baxış: 1 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmircan qəsəbəsində son görülən işlərlə yanaşı, məscidlərdə də restavrasiya (bərpa) işləri aparılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev bildirib. Onun sözlərinə görə, artıq məscidlərin birində təmir işlərinə start verilib:

"Əmircan qəsəbəsində 3 ədəd məscid var və kənddə görülən abadlıq işləri ilə paralel bu məscidlərin restavrasiyası da aparılacaq. Hazırda 14-cü əsrdə tikilmiş olan Nizaməddin məscidində artıq bu işlər başlayıb. O dövrdə bura qərargah kimi tikilsə də sonra məscid kimi fəaliyyət göstərib. Bundan əlavə, Binyət Əli məscidində də restavrasiya işləri görüləcək və proses artıq başlamaq üzrədir".

Ə.Əliyevin sözlərinə görə, sonuncu məscid bir vaxtlar Bakının ən hündür minarəli və böyüklüyünə görə əzəmətli olan Murtuza Muxtarov məscididir: "Belə düşünürəm ki, Əmircanda abadlıq işləri yekunlaşdıqdan sonra bu məsciddə də bərpa işləri aparılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.