Cəmiyyət

Xızıda yanğın söndürülüb

27 Avqust 2020 20:32
Baxış: 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xızı rayonunun Qarabulaq və Dizəvər kəndləri yaxınlığında dağlıq ərazidə təqribən 300 ha sahədə quru ot və kol-kos yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yaxınlıqdakı meşə zolağı və fermalar yanğından mühafizə olunub. Yanğın saat 18:40 dəqiqədə söndürülüb.

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.