Cəmiyyət

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub

25 Avqust 2020 16:26
Baxış: 2 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Nəsibov İlkin Kamal oğlu nazirliyin Texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

İlkin Nəsibov 1987-ci ildə Goranboy rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini 2008-ci ildə Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirib. 2012-2020-ci illərdə "Ata Bank"da və "Kapital Bank"da məsul vəzifələrdə çalışıb.

A.Kərimovun digər əmrinə əsasən Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Hüseynova Azadə Cəlil qızı öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Muzey işi və mədəni sərvətlərə nəzarət şöbənin müdiri vəzifəsinin səlahiyyətlərinin icrası Anar Kərimovun müvafiq əmri ilə Abdullayeva Nərgiz Faiq qızına həvalə edilib.

Nərgiz Abdullayeva 1991-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. 2013-cü ildən dövlət qulluğunda çalışır.

2013-2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti, Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbələrində məsləhətçi və baş məsləhətçi vəzifələrində işləyib. 2018-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun müdiri vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.