Cəmiyyət

Sentyabrın 1-dən Azərbaycanda ov mövsümü açılacaq

25 Avqust 2020 14:08
Baxış: 1 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illər üçün ov mövsümü Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə 01 sentyabr tarixindən etibarən açıq elan edilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firuddin Əliyev bildirib.

O qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi, AMEA-nın Zoologiya İnstitutu, Azərbaycan Ovçular və Balıqçılar, Azərbaycan Ornitoloji Cəmiyyətləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün başlanmasına qərar verilib.

"Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan Nazirliyin rəsmi internet səhifəsinin "Elanlar" bölməsində yerləşdirilib".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.