Cəmiyyət

Azərbaycan HDQ-nin qərargahında Rusiya nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

24 Avqust 2020 15:46
Baxış: 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 24-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirovun Rusiya Federasiyası Hərbi Dəniz Donanması Baş Komandanının müavini vitse-admiral Vladimir Kasatonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə Xəzər dənizində hərbi əməkdaşlıq məsələlərindən danışılıb, hər iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər müzakirə edilib.

Sonra iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirilib.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.