Cəmiyyət

Əlilliyi olanlar üçün yeni layihəyə başlanılır

24 Avqust 2020 11:33
Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tezliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "MTV Azərbaycan"ın birgə təşəbbüsü ilə yeni "Bərabərik" adlı layihəsinə başlanacaq.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, layihə "MTV Azərbaycan"da istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə bir sıra tanınmış müğənnilərin birgə ifalarının yer aldığı silsilə verilişləri əhatə edir.

Məqsəd əlilliyi olan şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.

Əlillik onların istedadlarına, yaşayıb-yaratmaq əzminə mane ola bilməyib, əksinə, onları daha da ilhamlandıraraq, bu layihənin ərsəyə gəlməsinə kömək edib.

https://www.youtube.com/watch?v=6nVkEqUCJ4Q

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.