Cəmiyyət

Space TV-dən Vaqif Mustafayevin toy etməsi iddiasına reaksiya

23 Avqust 2020 14:49
Baxış: 4 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Space TV kanalın rəhbəri Vaqif Mustafayevin işçisi Tamara Məmmədovanın bacısına toy məclisi təşkil etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, musavat.com-un sorğusuna cavab olaraq TV-dən bildirilib ki, yayılan məlumat böhtan xarakterlidir.

"Nəzərinizə çatdıraq ki, bu günlərdə KİV-lərdə belə bir xəbər yayıldı ki, Space TV-nin rəhbəri Vaqif Mustafayev kanalın əməkdaşı Tamara Məmmədovanın bacısına kino çəkilişi adı ilə toy edib. Bu xəbər bizi ciddi şəkildə təəccübləndirdi. Və həmkarlarımızın yaydığı bu böhtan xarakterli məlumat bizdə təəssüf doğurdu. Vaqif Mustafayevin bir mövqeli şəxsiyyət olması hamıya məlumdur.

Qeyd edək ki, belə böhtan xarakterli məlumatın yayılması ilk hal deyil və heç vaxt da bu məlumatlar özünü doğrultmayıb. Hal-hazırdakı böhtan xarakterli xəbərlər Vaqif Mustafayevi ləkələmək üçün edilmiş növbəti cəhddir", - deyə kanalın açıqlamasında bildirilir.

Xatırladaq ki, mövzu ilə bağlı reportajı Baku TV hazırlayıb. Reportajda bildirilirdi ki, toy məclisi təşkil edilən zaman polisə TV üçün kino çəkilməsi barədə yalan məlumat verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.