Cəmiyyət

Azərbaycanda səyyar notariat xidmətinə başlanılıb

21 Avqust 2020 13:05
Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda vətəndaşlara səyyar notariat xidmət göstərilməsi mümkündür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat İdarəsinin baş məsləhətçisi Zaur Hüseynov deyib.

Onun sözlərinə görə, artıq notariat ofisləri səyyar xidmət üçün lazım olan zəruri avadanlıqlardan ibarət "notariat çantaları" ilə təmin edilib:

"Əgər vətəndaşın səhhətində problem yaranarsa, notariat ofisinə getməsi mümkün deyilsə, onda "notariat çantası" vətəndaşın evinə gətirilə və həmin ünvanda ona səyyar xidmət göstərilə bilər. Bu çantaların elektron informasiya sisteminə birbaşa çıxışı imkanı var. Əvvəlcədən bildiriş verən şəxslərə notariat evində səyyar xidmət göstərir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.