Cəmiyyət

Polis imtahan günü gücləndirilmiş iş rejimində xidmət aparıb - FOTO

20 Avqust 2020 19:19
Baxış: 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqust ayının 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən Xaçmaz rayonu ərazisində yerləşən iki məktəbdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilən imtahanla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları həmin təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıblar. Şöbə əməkdaşları tərəfindən sosial izolyasiya qaydalarına riayət olunması, eləcə də təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.