Cəmiyyət

"Koronavirusla mübarizədə Azərbaycan dövləti yetərincə müsbət nəticələr əldə edib" - Deputat

15 Avqust 2020 17:26
Baxış: 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mart ayından etibarən koronavirus pandemiyası ilə ciddi mübarizə gedir və bu istiqamətdə Azərbaycan dövləti yetərincə müsbət nəticələr əldə edib. Artıq koronavirusa yoluxanların sayı ikirəqəmli həddə qədər enib, xəstəlikdən sağalanlar artıb, insan itkisi azalıb. Bütün bunlar isə qabaqlayıcı, qoruyucu, məntiqli tədbirlərin nəticəsində baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

O bildirib ki, məlum sabitliyi, stabilliyi qorumaq üçün növbəti həftələrdə və aylarda da həssas, məsuliyyətli olmalıyıq: "Qaydalara, qanunlara, tövsiyyə və tələb olunan rejimə ciddi riayət etmək lazımdır. Əks halda, ikinci dalğa, yenidən yarana biləcək artım çox ciddi fəsadlar törədə bilər.

Qarşıdan məhərrəmlik ayı gəlir. Əminəm ki, inanclı vətəndaşlarımız da bu məsələdə və mərhələdə yetərincə həssas davranacaqlar və dini ayinlərin keçirilməsi prosesində hər kəsin mənafeyini, sağlamlığını nəzərə alacaqlar. Bildiyiniz kimi, hətta Həcc ziyarətinin, digər ziyarətlərin keçirilməsində də müəyyən məhdudiyyətlər qoyulmuşdu. Bu istiqamətdə indi vəziyyət necədir, orasını bilmirəm, amma bir müddət əvvəl həmin məhdudiyyətlər dəqiq var idi. Səbəb isə hər kəsə bəllidir. Ayrıca, islam qaydalarının əsas prioritetlərindən də biri budur ki, bəlli rituallar və inancın realizəsi, Allaha sevgi nümayişi kimsəyə ziyan vurulmadan həyata keçirilməlidir. Belə olan halda isə dövlətlə Tanrının qaydaları üst-üstə düşür. Demək ki, ehtiyatlı olmaq lazımdır. Xüsusi vəziyyəti nəzərə almaq gərəkdir. Və heç şübhə etmirəm ki, belə də olacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.