Cəmiyyət

"Pandemiya dövründə məscidlərə toplaşmaq və müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil"

15 Avqust 2020 16:28
Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda bütün dünya pandemiya ilə mübarizə şəraitindədir. Bu öldürücü xəstəliyə qarşı mübarizədə tibb işçilərinin rolu müstəsna əhəmiyyət kəsb edir. Dövlətimiz Azərbaycan ərazisində də yayılmış bu virusla mübarizə aparmaq, onun fəsadlarının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıb. Hər bir vətəndaşımız Qərargahın müəyyən etdiyi qaydalara, verdiyi tövsiyələrə əməl etməli və bu işdə dövlətimizə dəstək olmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib.

O qeyd edib ki, müqəddəs dinimizdə də insan sağlamlığının qorunması üçün müstəsna əhəmiyyət kəsb edən tələblər var. Uca Allah "Qurani-Kərim"də "Özünüzü öz əlinizlə təhlükəyə atmayın", Peyğəmbərimiz (s) də "Əgər bir məkanda xəstəliyin olduğunu bilsəniz ora daxil olmayın, əgər xəstəlik olan yerdəsinizsə, oradan kənara çıxmayın" deyə buyurmaqla insanların sağlamlığının qorunmasının vacibliyini vurğulayıblar. İndiki şəraitdə həm dinimizin, həm də dövlətimizin qoyduğu qanunlara riayət etməklə qapalı məkanlara, o cümlədən məscidlərə toplaşmaq və müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil. Əminik ki, tezliklə COVID-19 virusu aradan qalxacaq və məhz xəstəlik səbəbindən təkcə ölkəmizdə deyil, bir çox müsəlman dünyasında dini ayinlərin icrasına müvəqqəti olaraq bağlanmış məscidlər inanclı insanların üzünə açılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.