Cəmiyyət

Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı

12 Avqust 2020 16:50
Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreya peşə təhsili standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və "Active Group" MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  "Active Group" MMC şirkəti dünya avtomobil ehtiyat hissələri bazarında qabaqcıl sayılan "BOSCH", "TOTAL", "DELPHI", "SCHAEFFLER GROUP" və s. distribyutor şirkətlərin beynəlxalq qrupu olan "Nexus Automotive İnternational"ın rəsmi üzvüdür.

Memoranduma əsasən, birgə fəaliyyət dövründə peşəkarlıq səviyyəsinin artırılması, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və eləcə də, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində işlərin görülməsi prioritet vəzifələrdən hesab olunur.

Əməkdaşlıq çərçivəsində mərkəzdə avtomobil sahəsində təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə "Active Group" şirkəti tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığını öz qarşısına başlıca öhdəlik kimi təyin edən Mərkəz, dövlət və özəl sektorda əməkdaşlıq çərçivəsini artıq kifayət qədər genişləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.