Cəmiyyət

Azərbaycan həqiqətləri Avropa gənclərinin diqqətinə çatdırıldı - FOTO

11 Avqust 2020 22:58
Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş Beynəlxalq Onlayn Konfrans keçirilib.

Milli.Az bildirir ki, onlayn konfransın açılış hissəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova konfransın iştirakçılarını və rəsmi qonaqları salamladı və hər kəsi konfransın gündəliyi ilə tanış etdi.

Açılış hissəsindən sonra onlayn konfransın rəsmi qonaqları öz çıxışlarını etdilər. "Nifrət nitqi və cinayətkarlığa qarşı mübarizədə gənclərin rolu"na toxunan natiqlər, o cümlədən Azərbaycan Respublikası Parlamentinin üzvü, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərov, Avropa Şurasının Bakı Ofisi Rəhbərinin müavini Kyrylo Boicheniuk, Avropa Şurasında Gənclərin Məşvərət Şurasının Vitse-prezidenti Mihai Dragos mövzu ilə bağlı öz fikirlərini bölüşdülər.

Çıxış edən Azərbaycan nümayəndələri həmçinin, xüsusilə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi fonunda Azərbaycan həqiqətlərini Avropa gənclərinin diqqətinə çatdırdılar.

Bundan başqa Avropa Şurası ilə Azərbaycan arasında gənclər sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edildi və Azərbayan gənclərinin dünyada sülh, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun möhkəmlənməsində beynəlxalq təşəbbüsləri barədə məlumatlar verilib.

Qeyd etmək istərdik ki, baş tutmuş onlayn konfransda 300-ə yaxın Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən gənclər təşkilatlarının nümayəndələri ilə yanaşı, Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri iştirak etmiş və mövzu ilə əlaqəli fikirlərini səsləndiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.