Cəmiyyət

Bayramlaşmaya aid bəzi davranış və rituallar gələcəkdə dəyişikliyə məruz qala bilər

11 Avqust 2020 22:16
Baxış: 1 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il pandemiya dövrünə təsadüf edən Qurban bayramının hansı formada keçirildiyi, pandemiyanın bu bayramın ənənələrinə necə təsir etdiyi araşdırılıb.

Araşdırmanı aparan Türkiyənin Üsküdar Universiteti Sosiologiya kafedrası müdiri, professor Əbülfəz Süleymanlı Trend-ə açıqlamasında bildirib ki, təhlillərin nəticəsinə əsasən, pandemiya dövründə məhdudiyyətlərlə qeyd olunan bayram insanların bayramdan əsl gözləntilərinə cavab vermədiyini və bundan məmnun olmadığını göstərir. Bununla birlikdə, pandemiyanın meydana gətirdiyi amillərin təsiri altında bayramlaşmaya aid bəzi sosial davranış və ritualların gələckdə dəyişikliyə məruz qalacağını proqnozlaşdırmaq mümkündür.

Ə.Süleymanlı qeyd edib ki, Türkiyənin 40 şəhərində keçirilən sorğuda 18-70 yaşlı 760 respondent iştirak edib.

Respondetlərin 62,9 faizi Ankara, İstanbul, İzmir kimi böyük şəhər, 29.3 faizini rayon, 5.7 faizini kənd, 1,7 faizini isə qəsəbə sakinləri təşkil edib.

"Sizcə pandemiya bayramın keçirilməsinə necə təsir etdi?" sualına respondentlərin 55 faizi mənfi təsir etdiyini, 45 faizi pandemiyanın bayram planlarını dəyişdirdiyini qeyd edib.

Respondentlərin 26.4 faizi bayramı pandemiyaya görə evdə tam izolyasiya, 54.3 faizi isə yarı izolyasiya şəraitində keçirdiklərini söyləyib. Digər tərəfdən, respondentlərin 13.8 faizi bayramda yaxın qohumları ilə üz-üzə , 53.2 faizi isə online vasitələrlə bayramlaşdıqlarını açıqlayıblar.

Respondentlərin 35,9 faizi pandemiyanın bu il qurban kəsmə ənənəsinə də təsir etdiyini söyləyib. Belə ki, respondentlərin 46.8 faizi bu il özlərinin qurban kəsdiyini, 25.1 faizi qurbanı Türk Qızılay Cəmiyyəti kimi müxtəlif xeyriyyə cəmiyyətlərinə bağışladığını, 28 faizi ise bu il qurban kəsmədiyini qeyd edib.

"Bu bayramda bayramlıq olaraq özününzə yeni paltar aldınızmı? sualına respondentlərin 82.6 faizi "xeyr", 17.7 faizi isə "bəli" cavabını verib.

"Bayramı hansı hisslərlə qarşıladınız?" sualına isə respondentlərin 49.3 faizi sevinc hiss keçirdiklərini qeyd edərkən, 39,1 faizi kədərli olduqlarını, 11.6 faizi isə əsəb və narahatlıq hissi keçirdiklərini qeyd ediblər.

Respondentlərin pandemiya ilə birgə ortaya çıxan yeni diqital bayramlaşma ənənəsinə gələcək bayramlarda da əməl edib-etməyəcəyi sualına respondetlərin 21.4 faizi "bəli, edəcəm" deyə cavab verdikləri halda, 47.2 faizi isə bu cür bayramlaşma formasını məqbul hesab etmədiklərini və məhdudiyyətlər olmadığı halda üz-üzə bayramlaşacaqlarını söyləyiblər.

Digər tərəfdən, respondentlərin 42.2 faizi bayramda tənha məkanlar tapmaq üçün xüsusi cəhd etdiklərini qeyd edib, 23.9 faiz respondent isə pandemiya dövründə keçirilən Qurban Bayramında özlərini yalnız hiss etdiklərini söyləyiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.