Cinayətdə haqlı tərəf axtaranlar - Günah həmişə öləndə olur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün Goranboyda qadın ölümü ilə nəticələnən qətl hadisəsi baş verib. Rayonun Goran qəsəbəsində kənd sakini, 1986-cı il təvəllüdlü Zamanov Qərib Əfqan oğlu sevgi münasibətində olduğu Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü İmanova Gülbuta Gürzalı qızını qısqanclıq zəminində güllələyərək öldürüb.
Cinayət günün müzakirə mövzusuna çevrilib. Bunun əsas səbəbi ölən tərəfin qadın və xüsusən də onun evli, iki uşaqlı olmasıdır. Çoxları günahı kişidə görsələr də, "evliykən niyə başqasıyla gəzirdin ki, səni də öldürürdülər" kimi düşünənlər də az deyil.
Tarix boyu xəyanət səbəbindən minlərlə, bəlkə də, milyonlarla insan ölüb. Onlar ya vətənə, ya dost-tanışa, ya da sevgi münasibətində olduğu şəxslərə xəyanət etdiklərinə görə cinayətə qurban gediblər. Amma xəyanət edən şəxsi öldürmək, onu videoya çəkib rüsvay etmək vəziyyətdən çıxış yolu deyil.

Bütün hallarda günah cinayəti törədən şəxsdədir. Cinayəti törədən şəxsin psixoloji vəziyyəti yerində deyil və ya o həddə çatıb. O, cinsindən asılı olmayaraq kimisə öldürüb, kiminsə ömrünü oğurlayıb. Qətl törədən şəxsin kişi və ya qadın olması haqlı-haqsız tərəfi dəyişdirmir. Çünki cinsindən asılı olmayaraq insan ölümündən, cinayətdən, qətldən söhbət gedir.
Amma bəzi qadınlar, xüsusən də feministlər məsələni qadın cinayəti kimi şişirdərək diqqəti başqa istiqamətə yönəldirlər.
Onlar, sanki, evli qadının xəyanətini normal hal kimi qəbul etdirməyə çalışaraq məsələni əsas hədəfdən, cinayətin, cinayətkarın ifşasından yayındırır, qadınların hüquqlarını qabardaraq vəziyyətdən öz məqsədləri üçün istifadə edirlər.
"Vagina mənimdir, nə istəsəm edərəm" düşüncəsini təbliğ edənlərin xəyanəti adiləşdirməyə çalışması da anormal görünmür. Bu məsələlərdən narahat olanların bir hissəsi də elə, əsasən, xəyanət edənlərin özləri olur.
Lakin cinayət hadisəsində kiməsə haqq qazandırmaq, kimisə alçaltmaq, "belə bir adam ölməlidir" demək düzgün yanaşma deyil.
Çünki ortada cinayət, ölüm faktoru varsa, kimin haqlı olduğunu müzakirə etmək yersizdir. Hər gün minlərlə insanın müxtəlif cinayət qurbanı olduğu dövrdə təkcə qadın cinayətlərini şişirtmək, kişiləri vəhşi, cani, qəddar, quldur kimi təqdim etməyin də doğru olmadığını düşünürəm.
Cinayət hadisələrinin 80 faizdən çoxu xəyanətə görə baş versə də, bütün hallarda xəyanət və cinayət doğru əməl deyil. Xəyanətlə kiminsə həyat eşqi ölür, cinayətdə isə insan...
Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
XƏBƏR LENTİ
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)





