Cəmiyyət

Bakıda sürücü heyvana siqnal verdi, sərnişini ilə birlikdə döyüldü

4 Avqust 2020 08:58
Baxış: 1 990
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Xəzər rayonunda iki nəfər döyülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Albalılıq qəsəbəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Mirzəyev Əziz Şaiq oğlu idarə etdiyi avtomobil ilə küçədə qarşısına çıxan keçən iribuynuzlu heyvana səs siqnalı verib. Bundan hiddətlənən heyvan sahibi sürücü Ə.Mirzəyev və avtomobildə onun qardaşı, 1999-cu il təvəllüdlü Mirzəyev Mahmud Şaiq oğlunu döyüb. Onlara küt alətlə zərbə vurub. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.