Cəmiyyət

Azərbaycanda daha 321 nəfər koronavirusa yoluxdu, 535 nəfər sağaldı, 8 nəfər öldü

25 İyul 2020 16:33
Baxış: 3 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 321 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 29 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib, 7 143 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 433, ötən müddət ərzində isə ümumilikdə 676 252 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.