Cəmiyyət

Bağçalar açılır? - Bakı Şəhər İcra Hakimiyyəti aydınlıq gətirdi

27 İyul 2020 00:45
Baxış: 5 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda uşaq bağçalarının yaxın vaxtlarda açılacağı barədə valideynlərə ismarışlar göndərilir. Bu haqda bəzi dövlət təlim-tərbiyə müəssisələrinin tərbiyəçiləri tərəfindən valideynlərə xəbərdarlıq edilir. Onlara bildirilir ki, uşaq bağçalarının açılmasına az vaxt qalıb, hazırlıq gedir.

Bu mesajların nə dərəcədə həqiqətə uyğun olub-olmaması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Milli.Az bildirir ki, qurumdan verilən məlumata görə, bu məlumatlar həqiqəti əks etdirmir:

"Bununla bağlı məktəbəqədər təhsil müəssisələri ilə əlaqə saxladıq. Bizim tərəfimizdən belə bir məlumat verilməyib. Uşaq bağçalarının yenidən fəaliyyətə başlaması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Belə bir qərar olmadığı üçün də bu məlumat əsassızdır. Ola bilər ki, bunu özəl bağçalar edib. Əgər belədirsə, onlar buna görə məsuliyyət daşıyırlar".

Qeyd edək ki, ölkədə avqustun 5-dək sərt karantin rejimi, 31-nə kimi isə xüsusi karantin rejimi elan edilib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.