Cəmiyyət

Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu, 573 nəfər sağaldı, 9 nəfər öldü

24 İyul 2020 17:07
Baxış: 3 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib

İndiyədək ölkədə ümumilikdə 29 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 21 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib, 7 365 xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 037, ötən müddət ərzində isə ümumilikdə 667 819 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.